- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 167
- Mart 30, 2026
- 0

“Neftçi” premyer liqanın 17-ci turunda “Sabah”la matçın hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən “ağ-qaralar”, 1-günlük fasilədən sonra fevralın 20-də yeni çalışmaya başlayıb.
Bu gün klubun bazasında keçirilən məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıqda əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.
“Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank respublika arena”da olacaq.