- Baxış sayı: 57
- 17 Mart 2025 19:58
- Baxış sayı: 46
- Mart 24, 2025
- 0
Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov aprel ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Tədbirin əvvəlində nazirliyin qərarı ilə əməkdar məşqçi fəxri adına, idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Onların arasında parataekvondoçumuz Sabir Zeynalov da olub. O, idman ustası dərəcəsi ilə təltif olunub. qran prinin qalibinə, dünya və Avropa çempionatının bürünc mükafatçısına vəsiqə və döş nişanını nazir təqdim edib.