- Baxış sayı: 127
- 20 Mart 2026 23:43
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

“Sabah” Gürcüstan toplanışında son yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız yerli “Saburtalo” klubu ilə qarşılaşıb və matçın əsas vaxtı 1:1 edib. Penaltilər seriyasında rəqib daha dəqiq olub: 4:2.
Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. Qalib komandaya xatirə kuboku təqdim olunub. Qarşılaşma “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilib.
İyulun 15-dən Tiflisdə təlim-məşqdə olan“Sabah”, “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.