“Şadam ki, hər şey bizim üçün uğurlu oldu”

Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Slovakiyaya qarşı Avro-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqda bunları deyib:

“Şadam ki, hər şey bizim üçün uğurlu oldu. Qrupdakı bütün komandalar 4 xal yığdı. Bu cür maraqlı vəziyyət həyatda həmişə olmur. Şadam ki, hər şey bizim üçün uğurlu bitdi. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik. Rumıniyalı olduğum üçün fəxr edirəm”.

Həmin kateqoriyadan