- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyunu millimizin kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, o, millinin heyətində 100-cü oyununu keçirib.
Bunanla əlaqədar, oyundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Rəşad Sadıqova, müvafiq olaraq, AFFA-nın və UEFA-nın hədiyyəsini təqdim ediblər.
Bundan əlavə, Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının ilk oyununun keçirilməsi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevə Teodor Teodoridis tərəfindən UEFA-nın hədiyyəsi olaraq 5 nömrəli futbolka təqdim olunub. Futbolkanın nömrəsi UEFA-nın üzvü olan ölkələrin siyahısında Azərbaycanın əlifba sırasında 5-ci yerdə olması ilə bağlıdır.