- Baxış sayı: 290
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

7-10 iyunda Şağan olimpiya idman kompleksində ilk dəfə U-15 Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək. Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq.
İyunun 7-də saat 16:00-da açılış mərasiminin başlanması nəzərdə tutulub. Birinciliyin nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə millinin heyəti formalaşacaq.
Komandalarımız Avropa çempionatına toplanışı başa vurduqdan sonra, ora ezam olunacaqlar. Sözü gedən yarış iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.