- Baxış sayı: 57
- 04 Mart 2026 11:47
- Baxış sayı: 69
- Mart 02, 2026
- 0

Martın 4-də “Şahdağ” turizm mərkəzində beynəlxalq xizək alpinizmi federasiyası, Azərbaycan qış idman növləri federasiyası və “Şahdağ” turizm mərkəzinin birgə təşkilatçılığı ilə xizək alpinizmi üzrə Avropa çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə idmançılar sprint növü üzrə mübarizə aparıblar.
Avropa çempionatının birinci gününün nəticələrinə əsasən 18 yaşadək qadınlar arasında 1-ci yerdə Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yerdə Antonina Rakuş (Polşa), 3-cü yerdə Nataliya Bobrovska (Polşa), kişilər arasında isə 1-ci yerdə Fransijek Yopek (Çex respublikası), 2-ci yerdə Matey Petre (Rumıniya), 3-cü yerdə isə Adam Hubaç (Slavakiya) qərarlaşıb.
20 yaşadək qadınlar arasında ali kürsüdə Helena Öringer (Almaniya) yer alıb. 2-ci yeri Emma Albrext (Avstriya), 3-cü yeri Klara Velepeç (Sloveniya), kişilər arasında 1-ci yeri Aaron Alvares (İspaniya), 2-ci yeri Marek Foltin (Çex respublikası), 3-cü yeri isə Morits Bauregger (Almaniya) tutub.
Böyüklər arasında yarışda qadınlar üzrə ilk pillədə Marian Fatton (İsveçrə), 2-ci pillədə Culiya Murada (İtaliya), 3-cü pillədə Tatyana Paller (Almaniya) yer alıb.Kişilər üzrə isə 1-ci yerə Nikita Filippov (Fərdi neytral idmançı), 2-ci yerə Tomas Bussard (İsveçrə), 3-cü yerə isə Martinez Ferrer (İspaniya) sahib olublar.
Yarışda 18 ölkədən – Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çex respublikası, Polşa, Rusiya federasiyası, Slovakiya, Yunanıstan, Andorra, İsveç və fərdi neytral idmançılar (AİN) olmaqla 124 idmançı iştirak edir.
Azərbaycanı bu yarışda yığma komandanın 5 üzvü – Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər.
Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.