- Baxış sayı: 51
- 06 Fevral 2026 11:37
- Baxış sayı: 90
- Fevral 08, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov Bərdə rayonunda yeniyetmə voleybolçularla görüş keçirib.
Allsport.az xəbər verir ki, Bərdə rayon 4 saylı orta məktəbdə təşkil olunan görüşdə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə təhsil sektorunun müdiri Nicat İsmayılov, Gəncə regional voleybol klubunun rəhbəri Nazim İsayev və klubun direktoru Sərxan Məmmədov iştirak ediblər.
İlk olaraq qonaqlar voleybolçuların məşq prosesini izləyiblər. Gənc voleybolçularla söhbət zamanı AVF prezidenti onlara tövsiyələr verib. Bildirilib ki, Gəncə regional voleybol klubunun üzvü Bərdədə məşq edən Əli Novruzlu yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaya cəlb olunub və beynəlxalq yarışlarda iştirak edib.
AVF prezidenti gələcəkdə belə perspektivli voleybolçuların sayının artacağına inamını ifadə edib.
Sonra yeniyetmə voleybolçuların valideynləri ilə görüş keçirilib, onlara övladlarının idmanla məşğul olmasına dəstək göstərdikləri üçün təşəkkür edilib.