- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 32
- Noyabr 26, 2024
- 0
Premyer liqanın “Kəpəz” – “Qəbələ” (1:1) oyunundan sonra baş məşqçilərin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev oyunla bağlı bunu deyib: “Mənə elə gəlir ki, oyunu izləyənlər peşman olmadılar. Meydanda artırma vaxtını da saysaq, 90 dəqiqədən də çox gərgin və başa-baş mübarizə getdi. Həm biz, həm də “Qəbələ” qələbə qazana bilərdi. Amma fikrimcə, “Kəpəz” 3 xala daha yaxın idi. Futbolçular əzmkar, aqressiv futbol oynamağa çalışdılar.
Bu oyun heç də ötən tur keçirilən “Qəbələ” – “Qarabağ” matçından geri qalmadı. Meydanın durumu ideal deyildi, bununla belə komandalar kombinasiya qurmağa, ağıllı oynamağa səy göstərirdilər. Rəqib əlbəttə ki, qələbə qazanmaq istəyirdi, çünki xal itkisi onları çempionluqdan edə bilər. “Qəbələ”yə uğurlar arzu edirəm, çempionluğa layiq futbol oynadılar. Komandamın oyunundan razıyam, futbolçulara təşəkkür edirəm, amma narazı olduğum bir-iki epizod var.
Belə vəziyyətlərdə uşaqlar əsəblərini cilovlaya bilmirdilər. Azlıqda qalmasaydıq, 11 nəfərlə daha kompakt oynayıb qələbə qazana bilərdik. Vüqar Bəybalayev fərqlənə bilsəydi, nəticə xeyrimizə olacaqdı. Bu komandanın üstündən hələ xətt çəkilməyib. Sonuncu oyuna kimi Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”.