- Baxış sayı: 20
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 10-cu turunda keçirilən “Zirə” – “Kəpəz” oyunundan sonra (0:2) Gəncə klubunun baş məşqçisi Şahin Diniyev fikirini KİV-lə bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, görüşlə bağlı bunu söyləyib:
“Olduqca çoxlu səhvə yol verdik. İkinci hissədə oyun yox idi. Komanda fasilədən sonra sanki özünü itirdi, təzyiqə dözmədi. Heç bir xətt istədiyimiz oyunu göstərə bilmədi. Ən pis oyunlarımızdan birini keçirdik. “Zirə”ni təbrik edirəm. Onların qələbə qazanmaq istəyi çox idi.
Bu oyunu tez unutmalıyıq. Xal itkisi ilə yanaşı, futbolçular da itirdik. Zədəlilərimizdən əlavə cəzalılarımız da oldu. Heyətimiz kasad olduğundan problemlərimiz var. Çalışacağıq “Sumqayıt”la oyunda dönüş edək. Futbolun sevinci ilə bərabər kədəri də var. Bunu qəbul etmək və irəli baxmaq lazımdır. İlk qolla bağlı epizodun video təkrarına baxıb qərar vermək olar”.