- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”.