- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı, “Sumqayıt”a belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, “Sumqayıt” sürətli komandadır, onlara meydan versəydik, “tutulacaqdıq”. İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı”.