Şahin Diniyev: “İlk qol bizi ruhdan saldı”

“Kəpəz” – “Qarabağ” görüşündən sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matç ilə bağlı belə danışıb:

“Futbol oynamaq üçün ideal şərait vardı. Həm meydança, həm də azarkeşləri nəzərdə tutub bunu deyirəm. Hər iki komanda qələbə qazanmağı planlaşdırmışdı. Belə rəqiblər kiçik səhvləri bağışlamırlar. “Qarabağ” meydana ən yaxşı heyətlə çıxmışdı. Bu da onların bizi ciddiyə almasından irəli gəlir. Tez bir zamanda iki qol buraxdıq.

Komandamız ilk 40 dəqiqə ərzində savadlı oynadı. Taktiki cəhətdən düzgün çıxış etdik. Amma ilk qol bizi ruhdan saldı. Fasilədə uşaqlara bildirdik ki, sonadək oynamaq lazımdır. Futbolçuların hər birindən razıyam. Onlar potensiallarını göstərə bildilər. Qol vəziyyətlərindən istifadə edə bilsəydik, nəticə başqa cür olardı. Viktor Oseqeylə təşəkkür edirəm. Penalti vəziyyətində dürüst davrandı. Bizim xeyrimizə olsa da, hakimi aldatmadı”.

Həmin kateqoriyadan