- Baxış sayı: 7
- 26 Noyabr 2024 10:49
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Premyer Liqanın 35-ci turunda keçirilən “Zirə” – “Kəpəz” oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, 2:2 bitən matç barədə bunu söyləyib:
“Öncə “Zirə”ni çempionatın gümüş medallarını qazanması münasibət ilə təbrik edirəm, komandaya gələn mövsümdə uğurlar arzulayıram. Onların uğuru təsadüfi deyil. Oyuna gəlincə, maraqlı matç oldu. Ön xəttdə yer alan iki əsas futbolçumuzu – Ebahla Ələsgərovu zədəyə görə itirməyimiz oyunumuza mane oldu.
Oyunu taktiki cəhətdən elə qurmuşduk ki, ikinci hissədə nəticəyə oynamalı idik. Mənə elə gəlir buna da nail ola bildik. Son dəqiqələrdə yaranan vəziyyətlərdən istifadə edə bilməməyimizdən sonra gözlənilirdi ki, rəqib qol vuracaq. Təəssüflənməyə dəyməz, “Kəpəz” liderlərlə baş-başa oynamağı bacaran komandadır. Komandama təşəkkür edirəm, qələbə qazanmağa çalışdıq, amma alınmadı. Bir xal da bizim üçün dəyərlidir”.