- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Dekabrın 11-də Topaz Premyer Liqasının 16-cı turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Rəvan”la üz-üzə gələcək. Allsport.az xəbər verir ki, “sarı-göylər” qarşıdakı matçın hazırlığını bu gün keçirilən son məşqlə tamamlayıblar.
Oyunun keçiriləcəyi arenada baş tutan hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşq 45 dəqiqə sürüb.
Məşqin sonunda baş məşqçi Şahin Diniyev oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb: “Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqəti çempionat oyunlarına yönəltmişik. Premyer Liqaya tam ciddi yanaşmalı, xal itkisinə az yol verməliyik. “Rəvan” ciddi rəqibdir. Son oyunlarda göstərdiyi nəticələr bunu deməyə əsas verir. Maksimum nəticə üçün meydana çıxacağıq. Liderlərlə xal fərqini minimuma endirmək istəyirik. Bu səbəbdən bizim üçün vacib oyundur. Təəssüf ki, yenə itkimiz var. Şəhriyar Əliyev “Sumqayıt”la oyunda zədə aldığından qarşıdakı matçda bizə kömək edə bilməyəcək. Sevindirici odur ki, Tural Nərimanov zədəsini sağaldıb, Rəşad Eyyubovun isə cəzası qurtarıb. Amma deməzdim ki, onlar 100 faiz oyuna hazırdırlar”.