- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 25-ci turunda “Kəpəz” evdə “Neftçi” klubunu 2:0 hesabı ilə məyus edib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra keçirilən mətbuat konfransında qalib komandanın baş məşqçisi Şahin Diniyev bunu deyib:
“Bu gün həm bizim, həm də “Neftçi” üçün son şanslardan biri idi. Belə deyək, əgər saman çöpündən yapışmaq kimi imkanımız varsa, ondan da tutmalıyıq. Taleyimiz öz əlimizdə deyil, bilmirik sonu necə olacaq. “Neftçi” ilə oyunda qələbə qazanmaq vacib idi. Rəqibin hər xəttdə güclü oyunçusu var.
Onlara kollektivə uyğunlaşmaq üçün bir qədər vaxt lazımdır. Birinci hissədə rəqibi təzyiq altında saxlayıb tez qol vurmaq istəyirdik. Buna nail olduq. İkinci hissədə isə müdafiədən oyunu qurmuşduq, sürətli əks-hücumlara bel bağlayırdıq. Belə hücumlar alındı, amma qol vura bilmədik. Uşaqlar meydanda canlarını qoydular, xarakter göstərdilər. Amma bununla kifayətlənmək olmaz”.