- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Bu gün “Səbail” premyer liqanın 9-cu turunda səfərdə “Qəbələ”ni son dəqiqə qolu ilə məyus etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi qonaqların baş məşqçisi Şahin Diniyev bunu dedi:
“Oyunun ağır keçəcəyini bilirdik. İlk hissədə futbolçular nəfəs ala bilirdilər. Buna baxmayaraq, 2-3 qol vəziyyətimiz oldu.
Rəqib çox artırıb, yüksəlişdədir. Premyer liqada ilk dövrə başa çatdı. Açığı, yarış cədvəlində üst sıralarda qərarlaşacağımızı öncədən ehtimal etmirdim.
Ən əsası, sabitliyi qorumaq lazımdır. Ötən mövsüm, 9-cu olmuşduq. Bu dəfə irəlidıyik. “Qarabağ, ” Neftçi” və “Sabah”ı çıxmaq şərti ilə, digər 7 klubdan soruşsanız, avrokubok istəyini bildirməyəcəklər.
Amma içdən istəyirlər. Zirvədə qalxmaq asandır, lakin orda qalmaq çətindir”.