Şahin Diniyev: “Sabah bizi ölüm-dirim mübarizəsi gözləyir”

Dekabrın 21-də doğma meydanda “İnter”lə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxacaq “Kəpəz” artıq hazırlığı başa vurub. Allsport.az saytı xəbər verir ki, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan və uzun sürməyən hazırlıqdan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb:

“İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq, oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən, sabah bizi ölüm-dirim mübarizəsi gözləyir. Mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik. Taktiki cəhətdən daha ağıllı oynamalıyıq.

İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. Komandada zədəlilər çoxdur, Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar. Qəbələdəki çempionat görüşündə uduzmağımız uşaqların əhval-ruhiyyəsini korlaya bilər, amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.

Həmin kateqoriyadan