- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 50
- Noyabr 26, 2024
- 0
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz” ölkə paytaxtında “Şahdağ”la görüşəcək. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi açıqlama verib:
“Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də “Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var. Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər.
Hesabla bağlı proqnoz vermək olmaz. “Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə “Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kimisə zəif kimi baxsan, oyunda problem ola bilər”.