- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 50
- Noyabr 26, 2024
- 0
Azərbaycan kubokunun “İnter” ilə səfər oyunundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev mətbuat konfransında jurnalistlərin önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, məşqçi 0:2 hesablı məğlubiyyətə belə aydınlıq gətirib:
“Yaxşı oyun oldu. Kubok matçı taktiki savaşdı. Birinci görüşdə uduzduq, cavab matçı Gəncədə olacaq. İnanıram ki, evdə biz istədiyimiz oyunu göstərə biləcəyik. Bu gün də pis çıxış etmədik, sadəcə, uşaq səhvlərindən qollar buraxdıq. İki top buraxandan sonra bir qol vurmaq üçün irəli atıldıq.
Belə də rəqib əks-hücumlara üstünlük verdi. Komandadan razıyam, iki qol epizodundan başqa. Oyunumuza zidd olan hesab oldu. Cütün taleyi hələ həll olunmayıb. Qarşıda daha bir çətin oyun var”.