- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qarabağ” – “Kəpəz” oyununda ev sahibləri 2:1 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev bunu deyib:
“İlk yarıdakı tempi fasilədən sonra saxlaya bilmədik. İkinci yarıda tez buraxılan qol planları pozdu. Fikrimiz 15-20 dəqiqə hesabı qoruyub sonradan əks-hücumlara atılmaq idi. Gəlin etiraf edək ki, “Qarabağ” hər bir cəhətdən güclü, üstün komandadır. Utanmağa dəyməz, əlimizdə nə vardısa, onunla ən yaxşısını etməyə çalışdıq. Ola bilər nəsə alındı, nəsə yox.
Futbolçulara təşəkkür edirəm ki, ayaqları əsmədi. Rəqiblə başa-başa yaxın oyun nümayiş etdirdilər, ustalıq hər şeyi deyir. 1:0-dan sonra Ebah qol vəziyyətindən yararlansaydı, başqa bir oyun olardı. Bu gün məqsədimiz qələbə qazanmaq idi. 5 oyun idi ki, uduzmurduq və bunun davamını gətirmək istəyirdik. Qarşıdakı matçlarda yaxşı nəticə göstərməyə köklənmişik”.