Şahin Diniyev: “Xəzər Lənkəran”a da xal çox lazımdır

Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Kəpəz” ötən gün cənub bölgəsinə yollanıb. Allsport.az saytı xəbər verir ki, zədəli Ceyhun Cavadov səfərə aparılmayıb. Komanda oyundan öncəki məşqini matçın reallaşacağı arenada keçirib. Qarşıdakı oyunla bağlı “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına fikirlərini bölüşüb:

“Kərim Diniyevin cəzasını başa vurub komandaya kömək edə bilməsi xeyrimizədir. Bilirsiz ki, hər tur futbolçularımızdan kimsə cəza və ya zədəyə görə oyunu buraxmaq məcburiyyətində qalır. “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Onlara da xal çox lazımdır. Səfərdən qələbə ilə qayıtmaq borcumuzdur.

Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdir. Lənkəranlılarla oyundan sonra bizi daha ağır yarış qrafiki gözləyir”.

Həmin kateqoriyadan