- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kəpəz” Premyer Liqanın 2-ci turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Allsport.az xəbər verir ki, ev oyunu öncəsi “sarı-göylər” matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb.
Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşqdən sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis öncə Nizami yurdunda oynamağın məsuliyyətindən bəhs edib: “Gəncədə oynamaq böyük məsuliyyət daşıyır. Ona görə də ev oyunu tamam başqa ab-havada olacaq. Yəni azarkeşlər qarşısında komandanı bir növ imtahan gözləyir. Tamaşaçı sayının çoxluğu səbəbindən futbolçular bəlkə də, oyunun ilk 10-15 dəqiqəsində həyacanlı oldular. Gəncədə uşaqdan tutmuş böyüyə kimi hamı futbolu yaxşı bilir”.
Rəqib haqda verilən sualı isə Diniyev belə cavablandırıb: “Bu gün zəif komanda yoxdur. “Zirə” yaxşı komandadır, oyunlarını izləmişəm. Yüksək səviyyəli legionerlərdən qurulmuş kollektivdir. Bizə asan olmayacaq. Mənə elə gəlir ki, meydanda iki bərabər səviyyəli komanda görüşəcək. “Neftçi” ilə oyundan fərqli bu görüş daha çətin olacaq”.
Diniyev nəticə barədə də sualı cavablandırıb. Baş məşqçi əvvəlcədən proqnoz vermək istəməyib: “Proqnoz vermək çox çətindir. Komandamız meydançanın hər qarışı uğrunda mübarizə aparacaq. Uşaqlar meydanda vuruşacaq. Nə alınacağını oyunun sonu göstərəcək. Çox istərdik ki, ilk ev oyunumuzu qələbə ilə başa vuraq. İstəyimiz bundan ibarətdir. Bunu reallığa çevirmək üçün çox çalışacağıq”.