- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Kəpəz” – AzAL oyunu 1:1 başa çatıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev bunu deyib:
“Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq. Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə apardıq. Meydançanın belə olması kombinasiyalı futbol oynamağa, daha çox ötürmələr etməyə imkan vermirdi.
Uzun ötürmələr hesabına cərimə meydançasına daxil olmaq mümkün olurdu. Bundan AZAL istifadə edə bildi. Əfsuslar olsun ki, biz ikinci qolu vura bilmədik. Öz əlimizdə olan oyunu verdik. Nə qədər çətin olsa da, bunu da yaşamalıyıq. Futbolun sevinci olduğu kimi kədəri də var. Nəsə demək çox çətindir. Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”.