- Baxış sayı: 48
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0
“Synergy Group” tərəfindən təşkil olunan Shamkir Chess2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Allsport.az xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib.
Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv “Shamkir Kapital Group”a 1:7 hesabıyla uduzub. Üçüncü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda “Shamkir Kapital Group” Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.