- Baxış sayı: 26
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
Çex Respublikasının paytaxtı Praqada uşaqlar və gənclər arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, 10 yaşadək şahmatçılar arasında mübarizə aparan Mehriban Əhmədli dörd turdan sonra xal itirməyib.
Təmsilçimiz növbəti oyun günündə Barbora Tykalova üzərində qələbə qazanıb. 4 xal toplayan Əhmədli liderlər qrupuna daxil olub. O, əlavə əmsallara görə ikincidir.
Digər zəka sahiblərimiz də çempionatda ön sıralarda qərarlaşıb. Hərəyə 3,5 xal toplayan İslam Hacıəliyev (U-16) və Şiroğlan Talıbov (U-18) da liderlər qrupunda yer alıb.