“Salah “Liverpul” tarixinin əvəzolunmaz əfsanəsidir”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın ulduz hücumçusu Məhəmməd Salahın klubdakı gələcəyi və gözlənilən gedişi barədə fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, Slot misirli futbolçunun klub tarixindəki xüsusi yerini vurğulayıb: “Salah əsl əfsanədir. Ümid edirəm ki, xüsusi bir uğur üçün mübarizə apardığımız yaxın həftə və aylarda o, klubdakı irsini daha da zənginləşdirəcək. Salah bu klubun yaddaşında həmişəlik qalacaq, çünki komandanın son mövsümlərdəki uğurları birbaşa onun xidmətləri ilə bağlıdır”.

Həmin kateqoriyadan