Salah “Liverpul”dan ayrılır?

Hücumçu Məhəmməd Salah 2024-cü ildə “Liverpul”u tərk edə bilər.

Allsport.az xəbər verir ki, misirli futbolçu Səudiyyə Ərəbistanı liqasına keçmək variantı ilə maraqlanır. Salahın ərəb klublarından birinə transferinin məbləği təxminən 70 milyon avro ola bilər.

Onun hazırkı müqaviləsi onu 2024/25 mövsümünün sonuna qədər “Liverpul”a bağlayır. Vəziyyəti nəzərə alsaq, Mersisayd klubu bir ildən sonra onu pulsuz itirməmək üçün oyunçunu gələn il sata bilər.

31 yaşlı Salah bu mövsüm “Liverpul”un heyətində 20 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan