Salah üçün “Roma” iddiası

“Liverpul”dan mövsüm sonunda ayrılacağını açıqlayan misirli hücumçu Məhəmməd Salah yenidən “A” seriyasına qayıda bilər.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçu keçmiş klubu “Roma”ya dönmək variantını nəzərdən keçirir. Tərəflərin 2027-ci ilə qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verməsi Salahın yayda azad agent kimi paytaxt klubuna keçidini asanlaşdırır.

Salah 2015-2017-ci illərdə “canavarlar”ın heyətində 83 oyuna çıxaraq 34 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda 255 qolla “Liverpul” tarixinin ən məhsuldar üçüncü oyunçusudur.

Həmin kateqoriyadan