Salehəmidziçin yerinə namizədlər

“Bavariya”nın idman direktoru vəzifəsini icra edən və bu yaxınlarda qovulan Həsən Salehəmidziçin yerinə təyin oluna biləcək mütəxəssislərin adları məlum olub. Allsport.az xəbər verir ki, vakansiya üçün “Leypsiq”dən Maks Eberl və “Ayntraxt”dan Markus Kreşe nəzərdə tutulub.

Kreşenin işə götürülməsi onun direktorlar şurasında yer almaq istəməsi ilə mürəkkəbləşib. Əgər Eberl seçilsə, onun hazırkı komandasına böyük məbləğdə pul kompensasiyasının ödənilməsi tələb olunacaq. Belə ki, 49 yaşlı mütəxəssis yalnız ötən ilin dekabrında işə başlayıb və 2026-cı ilədək müqavilə bağlayıb.

Həmin kateqoriyadan