- Baxış sayı: 34
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba klubu ilə müqaviləsini uzadıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı fransalının yeni müqaviləsi 2027-ci ilin yayına kimi hesablanacaq. Əvvəlki müqavilənin müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulmuşdu.
Saliba ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.