- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Şamaxı” premyer liqada ardıcıl 2 qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, bölgə təmsilçisi hər 2 görüşdə ikidən çox qol vurmaqla, məhsuldarlıq nümayiş etdirib. Vüqar Əsgərlinin komandası “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqlənib.
“Qırmızılar” ardıcıl 2 matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub. 7 il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. 90 ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 məğlubiyyətə uğradıb.
“Şamaxı” ölkə çempionatlarında 91 dəfə 3 və ya daha çox qol vurub.