“Şamaxı” Qazaxıstan və Rumıniya klublarına qarşı

Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün iki yoxlama matçı keçirəcək. Allsport.az xəbər verir ki, komanda əvvəlcə Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. “Kaysar” Qazaxıstanın 2-ci liqasında çıxış edir və 56 xalla 2-ci pillədə qərarlaşıb.


“Şamaxı”nın digər görüş isə Rumıniyanın “Botaşani” klubuna qarşı olacaq. Bu oyun isə Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Yüksək liqada çıxış edən “Botaşani” 21 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

“Şamaxı” toplanışın son matçında yanvarın 18-i Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan