- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Şamaxı” bu gün Antalya hazırlığı çərçivəsində sonuncu yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, bölgə təmsilçisi Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəlib.
Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə baş çatıb. “Napredak” hazırda Serbiya Superliqasında 19 xalla 19 komanda arasında 10-cu yerdədir.
“Şamaxı” ilk yoxlama oyununda Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.