Samir Əliyev: “Neftçi”də çalışmaq mənim üçün böyük təcrübə oldu

Bu gün “Neftçi” klubunun inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib. Allsport.az xəbər verir ki, iclasda çıxış edən “Neftçi”nin sabiq baş məşqçisi Samir Əliyev bununla bağlı fikirlərini bölüşüb:

“Yayda klub rəhbərliyi mənə etimad göstərdi və baş məşqçi vəzifəsinə təyin olundum. Mənim üçün böyük təcrübə oldu. Əlbəttə hazırki nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığını etməyə imkan verir. Əsgər müəllimi çoxdan tanıyıram.

Onun rəhbərliyi altında gənclərdən ibarət yığma komandalarda və əsas millidə oynamışam. Əsgər müəllim məşqçilik sahəsində daha təcrübəlidir. İnanıram ki, təcrübəsi sayəsində komandaya daha çox xeyir verəcək. “Neftçi”dən və sizdən ayrılmıram.

Gələcək fəaliyyətim üçün “Pro” kateqoriyalı kurslarda iştirak etməyim mənim üçün çox vacibdir. Hamınıza uğurlar arzulayıram, bu futbolçuların böyük potensialı var və “Neftçi”ni daha yüksək yerlərə daşıyacaq gücdədir”.

Həmin kateqoriyadan