Samir Əliyevlə Elbrus Məmmədov PRO dərəcəsi alıblar

Bu gün Ukrayna Futbol Federasiyasının təşkil etdiyi PRO kateqoriyası üzrə məşqçilik kurslarının imtahanları keçirilib. Allsport.az saytı xəbər verir ki, nəticəyə əsasən, iki azərbaycanlı mütəxəssis peşəkar dərəcəyə yiyələnib.

Söhbət Elbrus Məmmədov və Samir Əliyevdən gedir. Adı çəkilən mütxəxəssislər müvafiq olaraq “Sumqayıt” və “Neftçi”nin əvəzedicilərini çalışdırır.

PRO kateqoriyası məşqçilik sahəsində ən yüksək dərəcədi və istənilən beynəlxalq klublarda, milli komandalarda işləmək səlahiyyəti verir.

Həmin kateqoriyadan