Samir Abasov: “Nə isə olubsa, bunu bağışlamaq olar”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AzAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc futbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq”.

Həmin kateqoriyadan