- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0
Topaz premyer liqasınn 12-ci turu “Zirə”nin baş məşqçisi Samir Abbasovun bu vəzifədə yubiley – 10-cu matçı olub. Allsport.az saytı xəbər verir ki, “qartallar” “Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1. Komandamız Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan mütəxəssisin yetirmələri 10 qol vurub, 12-ni buraxıb.
“Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqilə qalib gəlib. “Qartallar” ölkə çempionatında sonuncu dəfə ötən mövsümün VIII turunda belə qələbə qazanmışdı. 2017-ci il oktyabrın 14-də komandamız öz meydanında “Kəpəz”i 3:0 hesabı ilə yenmişdi.
Bundan sonra premyer liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqilə qalib gəlməyən “Zirə” 2-dən çox qol vurmamışdı. Azərbaycan kubokunu da nəzərə alsaq, “Qartallar” 2017-ci il noyabrın 29-da “Xəzər”i də 3:0 hesabı ilə yenmişdi.