Samir Abbasov: 2-ci sarı vərəqə ilə razı deyiləm.

“Bir qədər üzülürük. Həm hesaba, həm də Bilal Həmdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundur, qış fasiləsini səbrsizliklə gözləyirik”. Allsport.az saytının məlimatına görə, bu sözü “Zirə”nin baş məşqçisi Samir Abbasov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis əlavə edib ki, Bilal Həmdiyə xəbərdarlıq etmişdi: “Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci “sarı” ilə razı deyiləm. Baş hakimin (Vüqar Həsənli) bunu hiss etməsi üçün onun özü futbol oynamış adam olmalıdır.

Məncə, həmin toqquşma təbii idi, epizod vərəqəlik deyildi. Elə Adil Nağıyevə də ötən tur düzgün vərəqə verməmişdi.
Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz”.

Həmin kateqoriyadan