Samir Abbasov 5 oyun cəzalandı

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 13-cü turunda qayda pozuntuları barədə qərarlar verilib.

“Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə meydan sahibi 1600 manat cərimə edilib. Qonaqların qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə edilib, Anar Niftəliyev 5 oyunluq cəzalandırılıb. Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri “A” buraxılış vəsiqələrini taxmadıqlarına görə hər 2 klub 800 manat əlavə ziyana düşüb.

“Qəbələ” – “Zirə” oyununda ev sahibi klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda qonaqlar stadiona gecikdiyi üçün klub 800 manat cərimələnib. Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə üşün “kimyaçılar” 800 manat ödəyəcək.
“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klub 4000 manat cərimə edilib və o 5 oyunluq cəzalandırılıb.

“Səbail” – “Sabah” oyununda “dənizçilər”dən PFL-in futbol himninin səsləndirilməməsinə üçün klub 800 manat cərimə edilib.

Həmin kateqoriyadan