- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 50
- Noyabr 26, 2024
- 0
Bu gün “Sumqayıt” premyer liqanın 32-ci turunda səfərdə “Kəpəz”ə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu söylədi:
“Bu oyuna necə hazırlaşdığımızı bilmirdik. Çempionat sona yaxınlaşır. Gərginlik zirvə həddindədir. “Kəpəz”lə qonşu pillələrdəyik. Qəbələdə oynamaq çox çətindir. Belə matçları 1-qolluq adlandırırlar.
Sevindiricidir ki, bunu biz bacardıq. Müsbət məqam, ən çətin və düşən durumda toparlanıb çıxa bilməyimizdir. Bu işdə böyük pay sahibi futbolçuların özüdür. Ən vacibi, premyer liqada qalmaqdır”.
Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.
Kamran HACI, Qəbələ