- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 14-cü turunda “Zirə” ölkə çempionu “Qarabağ”a 0:6 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, matçından sonra ev sahibi komandanın baş məşqçisi Samir Abbasov bunu söyləyib:
“Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. “Qarabağ”a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu bizə dərs olsun.
İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok görüşümüz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək”.