- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”, baş məşqçisi Samir Abbasovun rəhbərliyi ilə 25-ci qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın XVII turuna təsadüf edib.
Bakı klubu səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Mütəxəssisin rəhbərliyi altında 48-ci matçına çıxan “ağ-qaralar”, 25 dəfə qalib gəldiyi müddətdə 11 heç-heçə edib və 12 dəfə uduzub.
2020-ci ilin noyabrında “ağ-qaralar”ın sükanı arxasına keçən Samir Abbasov, premyer liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.