- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi” Samir Abbasovun rəhbərliyi altında 40-cı oyununu keçirib.
Allsport.az xəbər verir ki, dəfələrlə cəza üzündən komandaya tribunadan rəhbərlik edən 43 yaşlı mütəxəssis yubileyində də texniki zonadan kənarda olub.
Onun yetirmələri 40-cı matçda “Sabah”a 1:2 hesabı ilə uduzaraq məğlubiyyət seriyasını 3-ə çatdırıb. Ümumiyyətlə, Abbasovlu “Neftçi” 11-ci dəfə meydandan yenilgi ilə ayrılıb. 21 qələbənin memarı olan mütəxəssis 8 dəfə sülhə şahid olub. Onun yetirmələri 68 qol vurub və 48 top buraxıb.
“Sabah”la duel həm də premyer liqada Abbasovlu “Neftçi”nin 30-cu sınağı olub. 19 qələbə və 5 heç-heçəsi olan çalışdırıcı 6-cı məğlubiyyəti tribunadan seyr edib. 59 qol vuran “ağ-qaralar” 31 top buraxıb.