Samir Musayev “Qarabağ”ın qələbə imkanını yarıbayarı qiymətləndirib

“Qarabağ”ın sabiq hücumçusu Samir Musayev Azərbaycan təmsilçisinin sabah Bakıda qarşılaşacaq “Monako” klubu ilə görüşünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, gənc mütəxəssis “ağlar”ın qələbə şansını əllinin əlliyə qiymətləndirib:

“Çox maraqlı matç olacaq. “Qarabağ” Monakodakı oyunda bu rəqibdən qorxmadığını göstərdi. Komandamız Bakıda da səfərdəki kimi oynasa, qələbə qazanacaq. Əsas diqqətli oynamaqdır. Mən uğura inanıram. Ağdam klubunun qrupdan çıxmaq şanslarını isə əllinin əlliyə dəyərində qiymətləndirərdim.

Çünki komandalar arasındakı xal fərqi elə də böyük deyil. “Qarabağ” “Anderlext” və “Tottenhem”dən geri qalmadığını təsdiqləyib. Sadəcə, komandamıza bir qədər diqqətli və istəkli oynamaq lazımdır. Allah eləsin ki, qrupdan çıxan komandalardan biri məhz “Qarabağ” olsun”.

Həmin kateqoriyadan