Sançez baş məşqçinin gələcək planlarında yer almayacaq

PSJ-nin mərkəz yarımmüdafiəçisi Renato Sançez karyerasını “Roma”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, Roma təmsilçisi futbolçunu icarəyə götürmək üçün Fransa klubu ilə danışıqlara başlayıb. 

Paytaxt klubu artıq portuqaliyalıya onun yeni baş məşqçi Luis Enrikenin planlarında yer almadığını açıqlayıblar. Eyni zamanda, Sançezin özü də Fransanın paytaxtında qalmaq istəmirdi.

Yarımmüdafiəçi 2022-ci ilin yayında 15 milyon avroya “Lill”dən PSJ-yə keçib. 25 yaşlı futbolçu ötən mövsüm Fransa təmsilçisinin heyətində 27 oyuna çıxıb və 2 qol vurub.

Həmin kateqoriyadan