- Baxış sayı: 93
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Bavariya”nın idman direktoru Kristof Freund, komandanın hücumçusu Leroy Sanenin klubla müqaviləni yeniləməkdən imtina etməsi ilə bağlı məlumatı yalan adlandırıb:
“Sane hazırda “Bavariya”da olduğu müddətdən bəri ən yaxşı formasını nümayiş etdirir. O, komandanın gələcəyini birgə qurmaq istədiyimiz futbolçulardan biridir”.
Sane 2020-ci ilin yayından “Bavariya”da çıxış edir. Bu mövsüm 27 yaşlı vinger bütün turnirlərdə 18 oyun keçirib, 9 qol vurub, 7 məhsuldar ötürmə edib.