Sanenin son qərarı

“Bavariya”nın hücumçusu Leroy Sane komandadan ayrılmayacaq və gələcəkdə klubun çempionlar liqasını qazanmasına kömək etmək niyyətindədir.

Allsport.az xəbər verir ki, tərəflər arasında yaxın vaxtlarda yeni müqavilə ilə bağlı danışıqlar aparılmalıdır.

Futbolçu şəhəri, klubu bəyənir, özünü rahat hiss edir və Münhendə qalmaq istəyir. Başqa bir xarici təcrübə istisna edilmir, lakin prioritet komandada qalmaqdır. Bu məsələdə əsas rollardan birini yeni baş məşqçi oynayacaq.

Bu mövsüm 28 yaşlı Sane 38 matçda iştirak edib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan