- Baxış sayı: 31
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

“Belə məğlubiyyətlər adama pis təsir edir. Son dəqiqədə buraxdığımız qol üzücü idi. Amma futbolçular hazırlaşmışdı, istəkli idi. Oyunda da mübarizə apardılar”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 18-ci turunda evdə “Sabah”a 0:1 uduzduqları oyundan sonra deyib. O, son matçlarda xal qazana bilmədikləri üçün təəssüfləndiyini deyib:
“Pis təəssüratla ayrılırıq. İstəməzdik ki, uzun müddət oynadığımız yerlə belə vidalaşaq. İnanırıq ki, Şamaxı bizim üçün düşərli olacaq, qol imkanlarından yararlanacağıq. Sanki üzərimizdə lənət var”.