Santuş millinin heyətini açıqladı

Azərbaycan komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

S.Ad/SoyadKlub
1Rza CəfərovNeftçi
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Aydın BayramovZirə
4Abbas HüseynovQarabağ
5Qismət AlıyevZirə
6Bəhlul MustafazadəQarabağ
7Elvin BədəlovNeftçi
8Cəlal HüseynovArda (Bolqarıstan)
9Rəhman DaşdəmirovSabah
10Anton Krivotsyuk“Daejeon Hana Siti” (Cənubi Koreya)
11Elvin CəfərquliyevQarabağ
12Toral BayramovQarabağ
13İsmayıl İbrahimliZirə
14Ceyhun NuriyevZirə
15Səbuhi AbdullazadəSumqayıt
16Emin MahmudovNeftçi
17Anatoli NuriyevSabah
18Ozan Can KökçüVolendam (Niderland)
19Şahin ŞahniyarovQəbələ
20Mahir EmreliKayzerslautern (Almaniya)
21Nəriman AxundzadəQarabağ
22Renat DadaşovMotor (Polşa)
23Musa QurbanlıQarabağ
24Xəyal ƏliyevSabah

Azərbaycan komandası “D” qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan